Paşinyanın qərarları Avropa Parlamentini narahat edir



Paşinyanın qərarları Avropa Parlamentini narahat edir
“İstənilən yeni hakimiyyət özü ilə bərabər yeni xarici siyasət imkanları gətirir. Təbii ki, Ermənistan-Avropa Birliyi münasibətlərində də yeni imkanlar mövcuddur. Həmçinin müvəqqəti hökumətin xarici siyasətlə dərindən məşğul olmadan əsas diqqətini tez bir zamanda növbədənkənar seçkilərin keçirilməsinə yönəltməsi ilə bağlı narahatlıq da var"
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin sədr müavini Riçard Çarnetski Ermənistanın yeni baş naziri Nikol Paşinyanın çıxışlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hakimiyyətin müstəsna ictimai dəstəyi olduğu halda, onun xarici siyasətdə atdığı addımlar daha kəskin, xarici oyunçularla ritorikası daha dəqiq və uğurlu olur.

"Paşinyan hələ təkdir, onun bütün hökümət üzvləri bu layihələri həyata keçirməlidir. Məsuliyyət bölünməlidir, təyin olunacaq xarici işlər naziri Ermənistan baş nazirinin proqramlarını bütövləşdirəcək istiqamətdə işlər aparmalıdır", - deyə Çarnetski vurğulayıb.
 
Tarix: 13-05-2018, 10:39
Xəbəri paylaş





Xəbər lenti