Netanyahudan müsəlmanları qəzəbləndirəcək AÇIQLAMA: “Eurovision-2019” Qüdsdə keçiriləcək




“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

B. Netenyahu “Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı "Twitter" sosial şəbəkəsindəki səhifəsində təbrik edib.

 

Baş nazir yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi növbəti il Qüdsdə olacaq.

 

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  "TOY"  mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerin sahibi olub.



Tarix: 13-05-2018, 15:07
Xəbəri paylaş





Xəbər lenti