“Gürcüstanı qarışdırmaq istəyirlər” - Mer həyəcan təbili çaldı


“Gürcüstanı qarışdırmaq istəyirlər” - Mer həyəcan təbili çaldı

Gənclərin parlament binasına hücum etdiklərini gördükdən sonra nə baş verdiyini başa düşdüm.

Teleqraf.com xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.

O, insanları narkotiklərlə mübarizəyə çağırıb və polisin gecə klublarında başladığı reydlərə dəstk verdiyini bildirib.

Kaladze paytaxtda gərginləşən vəziyyətin Gürcüstan daxilində sabitliyi pozmaq istəyən siyasi qüvvələrin maraqlarına uyğun olduğunu istisna etməyib.

Qeyd edək ki, mayın 12-dən Tiflisdə polisin gecə klublarında narkotiklərlə mübarizə məqsədilə reydlərə başlamasına etiraz olaraq aksiyalar başlayıb. 8 nəfər həbs edilib.

Tarix: 13-05-2018, 15:09
Xəbəri paylaş





Xəbər lenti