«İRAN REJİMİ DEVRİLƏCƏK» – ABŞ-da nə planlaşdırırlar?

 «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Washington Free Beacon» nəşri Amerika Birləşmiş Ştatları (ABŞ) milli təhlükəsizlik şurasının üzvləri arasında yayılmış sənədə giriş əldə edib. Sənəddə fəaliyyət planı əks olunub və İran rejiminin dəyişdirilməsini və hazırkı İran quruluşuna yönəlik daha sərt sanksiyaların təkrar tətbiqini nəzərdə tutur.
Sənədə müəllifliyi «Security Studies Group» (SSG) adlı təhlükəsizlik xidmətinə aid edirlər. Bu qurum Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məmurları, o cümlədən, milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonla sıx əlaqəlidir.
Boltonun İrana yönəlik siyasətin dəyişməsinə can atması çoxdan diqqəti cəlb edib. Yeni siyasət İranda rejimin dəyişməsinin qaçılmaz olduğunu qeyd edir ki, 2009-cu ildə İranı xalq etirazları bürüdüyü vaxt ABŞ administrasiyası buna qarşı çıxırdı. Yeni siyasət Tramp administrasiyasında böyük əks-səda doğurub.
İrəli sürülən plan diqqəti ABŞ-ın gələcək hərbi təcavüzündən yayındırır. Nəşrin fikrincə, bu məqsədlə bölgədəki hərbi vəziyyəti nəzərə almağa və daxildə İranın narazı əhalisi arasında iş aparmağa dəyər.
«İranın sadə insanları iqtisadi durğunluqdan əziyyət çəkdiyi bir vaxtda, rejim öz bank hesablarını doldurmaq və ekspansionist müharibə aparmaq məqsədilə, öz sərvətini xaricə daşıyır» – deyə, SSG yazır.
«Bu da diqqəti cəlb edən daxili etirazlar doğurur» – deyə, SSG-nin nümayəndələri qeyd edirlər.
SSG-nin prezidenti Cim Henson qeyd edir ki, ən azı, indiki halda Kremllə sıx əlaqədə olan İran hökumətinin devrilməsi ABŞ-ın rəsmi siyasətinə daxil deyil. Tramp administrasiyası birbaşa təcavüzdə iştirak etməyin əleyhinədir və bunun əvəzində diqqətini digər üsullara fokslamaqla, İranın indiki hakim rejimdən yaxa qurtarmasına çalışır.
Tarix: 13-05-2018, 20:46
Xəbəri paylaş





Xəbər lenti