Rusiya, İran, Çin və «Avropa üçlüyü» – Sazişə sadiq qalanlar

 «AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov bəyan edib ki, Avropa üçlüyü (Almaniya, Fransa, Britaniya – red.), Rusiya, İran və Çin İranın nüvə proqramı barədə bağlanmış sazişə (BHFP) əməl olunmasının tərəfdarı rolunda çıxış edirlər.
«Bizim bildiyimiz qədərində, həm Avropa üçlüyü, həm Çin və İran, həm də Rusiya BHFP-nın şərtlərinə əməl olunmasının tərəfdarı olduqlarını elan ediblər və biz, çox istərdik ki, bu gün sizin planları və bizim ümumi fəaliyyətimizi müzakirə edək» – deyə, Lavrov İran XİN başçısı Mohəmməd Cavad Zəriflə görüşdən əvvəl bidirib.
Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkəsinin 2015-ci ildə İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edib. Bundan başqa, Tramp İrana qarşı tətbiq olunmuş və sözügedən sazişin imzalanmasından sonra fəaliyyəti dayandırılmış sanksiyaların bərpa olunduğunu da elan edib.
Tarix: 14-05-2018, 15:56
Xəbəri paylaş





Xəbər lenti