Qəzza sektorunda qanlı toqquşmalar – 52 fələstinli ölüb, 2400-ü yaralanıb (Yeniləndi)

 Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.
“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.
Yaralananların sayının isə 2400 nəfərdən çox olduğu bildirilir.
***
Qəzzada fələstinli etirazçılarla sionist İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 43-ə yüksəlib. 1500 fələstinlinin isə işğalçıl İsrail polisinin açdığı atəş nəticəsində yaralandığı bildirilir.  Toqquşmalar davam edir.
Qeyd edək ki, Fələstin xalqı ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiyalar keçirir.Qəzza sektorunda işğalçı İsrail ordusu ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 43-ə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.  Ölənlər arasında uşaq da var.
Bu gün ABŞ-ın Qüds şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi işğalçı İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İşğalçı İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.
Sionistlərin ordusu sərhəd xəttinə 2 əlavə piyada briqadası göndərib. Daha bir briqada İordan çayının qərb sahilinə yeridilib. 
Tarix: 14-05-2018, 21:17
Xəbəri paylaş





Xəbər lenti