Ərdoğandan Trampa S-400 sualı: “Dedim ki, siz verdinizmi, biz də almadıq?”


NATO Türkiyə-Rusiya hərbi əməkdaşlığından təşvişə düşüb

Türkiyənin Rusiyadan sözügedən raket kompleksini alması Qərbdə ciddi narahatlığa səbəb olub. “Rusiya istehsalı olan zenit raket komplekslərinin Türkiyəyə təchizatı NATO üçün əsl provokasiyadır”. Bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb. (Ordu.az)

Məlumata görə, Ankara Rusiyadan S-400 “Triumf”larla yanaşı 5-ci nəsil qırıcılar almaq niyyətindədir. Əgər S-400 zenit raket kompleksləri Türkiyədə peyda olsa, Rusiya onların köməyi ilə F-35 qırıcılarının zəif və güclü tərəfləri barədə məlumat toplaya bilər. Türkiyədə S-400-lərin peyda olması F-35-lərin stels texnologiyalarının sirrinin Rusiya üçün əlçatan olması ilə nəticələnə bilər", - deyə məlumatda bildirilir.

Bu ilin əvvəlində ABŞ Dövlət Departamentinin nümayəndəsi demişdi ki, əgər Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etməsi sanksiyalarla qarşılaşmasa, o, bundan təəccüblənəcək. Qeyd edək ki, Türkiyə Rusiyadan növbəti dəfə “S-400" zenit-raket kompleksi alacaq. İki ölkə arasında imzalanan müqaviləyə görə, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.

erdoÄan trump ile ilgili görsel sonucu

Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-nin “Hard Talk” verilişinə geniş müsahibəsində bu barədə iddiaları cavablandırıb. “Sputnik Azərbaycan” xəbər verir ki, Türkiyənin Rusiyadan aldığı “S-400" raket komplekslərinin NATO sistemi ilə uyğun olmadığı iddiaları ilə bağlı sualı Ərdoğan belə cavablandırıb: ”Bu münasibəti doğru hesab etmirəm. Çünki NATO baş katibi çox aydın şəkildə açıqlama verib ki, üzvlərimiz istədikləri ölkələrdən silah ala bilər. Əgər mən Türkiyə olaraq ABŞ-dan və ya NATO-ya üzv olan digər ölkədən silah ala bilmirəmsə, onda bu silahı haradan taparamsa, oradan da alaram. Biz Rusiya ilə birgə silah istehsal etmək öhdəliyi üzrə bir saziş bağladıq və Rusiyadan da bu “S-400"ləri alacağıq”. Raket kompleksləri ilə bağlı ABŞ prezidenti Donald Trampla da danışdığını deyən Ərdoğan qeyd edib: “Dedim ki, ”Siz verdinizmi, biz də almadıq?" Vermədiniz. İndi isə biz “S-400"ləri Rusiyadan çox yaxşı şərtlərlə alırıq və alacağıq da. Sazişlərimizi birlikdə imzaladıq. Bizim bu məsələ ilə bağlı hər hansı bir narahatlığımız yoxdur. Biz işimizi bitirdik, imzaları atdıq”.

İsraillə İran arasında gərginlik barədə isə Ərdoğan bunları deyib: “Bu an vəziyyətin nəzarətdən çıxması sualı mənə görə yanlışdır. Bu gün İsrail Suriya torpaqlarının 50 faizinə raket atıbsa, bu nədir? Bu, bölgədə müharibəyə təhrik etməkdir. İsrail zatən buralarda, bu bölgədə davamlı olaraq terror törədir. İndi atılan bu addım yenə terrora yönələn bir addımdır. Niyə bu raketlər atılır, hansı səbəbdən atılır və nə etmək istəyirlər?

İsrail tərəfi, guya İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Colan təpələrinin atəşə tutulması barədə məlumatların tam dəqiq olmadığını bildirib. Məsələ ilə bağlı İran prezidenti Həsən Ruhani ilə də danışmışam. Onlar belə bir şeyi qəbul etmirlər. Bu gediş də yaxşı bir gediş deyil. Dolayısı ilə tez bir zamanda sülhə istiqamətlənən addımlar atmaq lazımdır. Əgər sülhə doğru addımlar atılmazsa, onda Yaxın Şərqin gələcəyi ciddi narahatlıqlara hamilədir".

erdoÄan trump ile ilgili görsel sonucu

Ərdoğan Trampın İranla nüvə razılaşmasından imtina etməsi barədə də fikir bildirib: “ABŞ-ın bu mövqeyini digər ölkələr qəbul etmir. ABŞ-ın bu qərarını biz də qəbul etmirik və ona əməl etməyəcəyik. Bizim mövqeyimiz bu qədər açıqdır. ABŞ-ın hazırda nə qədər nüvə silahı var? Fransanın nə qədər nüvə silahı var? Onların hamısında nüvə silahı var. Bütün bunlar dünyanı nüvə silahı ilə təhdid edərkən başqalarının nüvə silahı əldə etməsini təhdid olaraq görürlər. Bütün bunları anlamaq mümkün deyil və biz dünyada sülhə əsl təhdidi məhz bunda görürük”.

Politoloq Arzu Nağıyev Türkiyə ilə NATO arasında yaşanan S-400 gərginliyini “Yeni Müsavat”a şərh edib: “Təbii ki, NATO belə bir müqavilənin əleyhinədir. Birincisi, ona görə ki, bu raketlər Rusiya istehsalıdır və sanksiya tətbiq edilən hərbi-sənaye kompleksinin məhsuludur. Qərb də Rusiyanı iqtisadi cəhətdən asılı vəziyyətə salır. İkincisi, NATO üzvü olan Türkiyə texniki baxımdan istifadə edəcəyi raket komplekslərini uyğun şəkildə razılaşdırmalıdır. Hətta həmin komplekslərin birgə istehsalı da gündəmdədir. Buna görə Qərb Türkiyəyə xəbərdarlıq edib”. Lakin A.Nağıyevə görə, bu, o demək deyil ki, NATO Rusiyadan imtina edə bilər.

Bəzi iddialara görə, İran ətrafında baş verənlər, bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi həm də Türkiyəyə qarşı təhlükəli planın işə salınması ilə bağlıdır. Lakin politoloq belə zənn etmir: “Türkiyə həm də İsrailə normal münasibəti olan dövlətdir. Eyni zamanda həm İranla, həm Səudiyyə Ərəbistanı ilə normal portnyor kimi münasibət saxlayır. Buna görə də Qərbin İran vasitəsilə Türkiyəyə təzyiq edəcəyi inandırıcı görünmür”.

Cavid TURAN,
“Yeni Müsavat”

Tarix: 15-05-2018, 13:30
Xəbəri paylaş





Xəbər lenti