Liderlər də ağlayır: Kimi yatağında, kimi arvadının qarşısında, kimi mahnıya qulaq asanda: Tetçerin, Rıjkovun, Putinin, Obamanın... göz yaşları- FOTOLAR



Rusiyada Hesablama Palatasının sədri Tatyana Qolikova vəzifədən getməsindən daha çox deputatlar qarşısında ağlaması ilə diqqəti çəkib. Dövlət Dumasında deputatlar qarşısında son çıxışını edən palata sədri göz yaşlarını saxlaya bilməyib. Bu isə “siyasilər də ağlayır” müzakirələrini gündəmə gətirib. 

Tatyana Qolikova ağlayan tək yüksək vəzifəli məmur deyil. Hətta dövlət başçıları da zaman- zaman göz yaşlarını saxlaya bilmirlər. 

1978-ci ildə Marqaret Tetçer etiraf etmişdi ki, ağır iş günündən sonra yatağında hərdən ağlayır.

Bu zaman onu zəiflikdə də günahlandırmışdılar. Ancaq zaman sürətlə dəyişdi. Elə həmin bu "dəmir ledi" 1985-ci ildə artıq yatağında yox, bu dəfə televiziyada müsahibəsi zamanı ağladı. Anası və atasından danışarkən göz yaşlarını saxlamağa da cəhd etmədi. Növbəti dəfə 1990-cı ildə ağladı. Bu dəfə öz postunu tərk edirdi. Bu, artıq siyasətdən gedişə ağı idi. 

Keçmiş SSRİ-də isə "ağlayan bolşevik" ləqəbi Nikolay Rıjkova məxsus olub. 1985-1991-ci illərdə Nazirlər Kabinetinin sədri olan Rıjkov tez-tez ağlayırdı. Hətta Ermənistanda Spitak zəlzələsində hönkürtüsünü saxlamaya bilməmişdi. 

ABŞ prezidenti Barak Obama hakimiyyətdə olduğu 8 ildə 7 dəfə ictimaiyyət qarşısında ağlayıb. Sonuncu dəfə göz yaşını 2017-ci ildə vəzifəsini təhvil verməsi münasibətilə vida nitqində töküb. Xanımı və qızına müraciət edən Obama "Siz Ağ Evi hamiya məxsus yerə çevirdiniz",- deyərək ağladı. O, həmçinin 2008-ci ildə xərçəngdən ölən nənəsini xatırlayarkən Şimali Korolina Uiversitetində tələbələr qarşısında da ağlamışdı. Sonra 2010-cu ildə hüquq müdafiəçisi Dorotu Heytin dəfnində, 2012-ci ildə məktəbdə kütləvi qətl zamanı, elə həmin il qubernator Devid İnueyin dəfnində, 2015-ci ildə Areta Franklinin konsertində və 2016-cı ildə “Silahla davranışa dair” yeni qanunun təqdimatında ağlayıb. Ancaq göz yaşları ondan heç nə əskitməyib, əksinə nüfuzunu qaldırıb. 

Keçmiş dövlət katibi Hillari Klinton da möhkəm görünməsinə baxmayaraq, sadə sullardan da ağlaya bilir. Məsələn, şam yeməyində ona ünvanlanan "Siz necə belə valehedici qala bilirsiniz?"sualını eşidəndə göz yaşı töküb. Ancaq onun Donald Trampa prezidentlik yarışında uduzduqdan sonra ağayıb-ağlamadığını hələ heç kəs bilmir. 

2017-ci ildə ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden də ağladı. O, göz yaşlarını Barak Obama vida nitqini səsləndirdikdən 2 həftə sonraya saxlamışdı. “Azadlıq” medalı alan Bayden göz yaşlarına hakim ola bilmədi.

Ancaq bəzi prezidentlər başqalarından fərqli olaraq  vidalarda yox, sevincdən ağlayır. 2009-cu ildə Braziliya prezidenti Luis İnasiu Lula da Silva ölkə paytaxtının Olimpiya oyunları məkanı seçilməsi xəbərini göz yaşları ilə qarşılamışdı. 

2013-cü ildə isə Putin göz yaşları ilə görüntüləndi O, Polis günü münasibətilə konsertdə ağladı. Prezidenti təsirləndirən mahnı "Yaşamaq istəyirəm" idi. 

Ağlayan dövlət başçıları sırasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Ərdoğan dəfələrlə ictimaiyyət qarşısında göz yaşlarını saxlaya bilməyib. 

Xəzər
Cebhe.info

Tarix: 18-05-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti