Avropa Ağ Evlə qarşı-qarşıya gəldi


Tofiq Abbasov: “Avropa ölkələri İranı itirmək istəmir” 

Avropa ABŞ-ın İrana qarşı yeni sanksiyalarını dəstəkləməyib, əksinə  ona qarşı çıxıb. Artıq Avropa Komissiyası İranda işləyən şirkətlərin müdafiəsi üçün ilk paketi qəbul edib. Bundan sonra biznesmenlər sanksiyalara əməl etməmək hüququ qazanıb. Onlara dəyə biləcək zərərlə bağlı isə məsələ hüquqi müstəviyə daşına bilər. Bundan başqa Amerika məhkəmələrinin də sanksiyalarla bağlı qərarları Avropa məkanında qüvvədə olmayacaq. ABŞ-ın yeni sanksiyaları 6 avqustda qüvvəyə minəcək. Elə həmin müddətdə də iş adamlarını qoruyan paket qüvvədə olacaq. Yaxın zamanda avrokomissar Miqel Arias Tehrana səfərə gedəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxdığını 8 mayda bəyan edib. Xatırladaq ki, İranın cənub-qərbindəki "Kerenj" neft və qaz sahəsinin işlənməsi üçün Böyük Britaniyanın "Pergas" Konsorsiumu ilə də müqavilə imzalanıb. Avropa ölkələrinin bu addımı artıq öz iqtisadi maraqlarını ABŞ-ın siyasi maraqlarına qurban vermək istəmədiyini göstərir.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, ABŞ Avropa şirkətlərinin fəaliyyətini öz sanksiyaları ilə məhdudlaşdırsa da artıq müttəfiqlərin yolları ayrılmağa başlayıb: “Tramp hakimiyyətə gəldikdən sonra ABŞ çəkinmədən Avropa şirkətlərinə qarşı təzyiqləri artırır. Aliminium, dəmir, qaz bazarında ABŞ öz şirklətlərinin güclü mövqeyini təmin etməkdən ötrü avropalılara bilavasitə məhdudiyyətlər tətbiq edib. Bunu Avropada iqtisadi müharibə kimi qiymətləndirirlər. Eləcə də ABŞ-ın İranla bağlı tətbiq etdiyi sanksiyalar öz müttəfiqlərinin iqtisadi maraqlarını heçə endirir. İranla 2015-ci ilin iyul nüvə proqramına dair müqavilə imzalanan qədər Avropa şirkətləri 150 milyard dollara yaxın pul itirdilər. Çünki BMT səviyyəsində sanksiyalar qəbul olunduqdan sonra Avropa şirkətlərinin bir çoxu İranı tərk etdi və ciddi itkilərə məruz qaldı. Amerika özü də böyük itkilərə məruz qalıb. Amma onun siyasi maraqları onun iqtisadi maraqlarını dəfələrlə üstələyir. Avropa ölkələri isə daha çox maddi ziyanla üzləşdi. Bu da onların coğrafi baxımdan, İrana daha yaxın olması ilə bağlıdır

Digər tərəfdən İranın bazarında olan əlverişiz imkanlar Avropa şirkətlərini üçün ziyana üzləşdirir. Hətta son günlər Avropa şirkətlərinin “Airbus” şirkətinin İrana təyyarə satışı ilə bağlı problem yarandığına görə rəsmi Brüssel çalışır ki, Amerikanın vasitəsilə imzalanmış əvvəlki öhdəliyi yerinə yetirsin. İndi isə Avropa ölkələri birlikdə ABŞ-ın mövqeyinə qarşı kampaniya şəklində müqavimət göstərməyə çalışır. Təsadüfi deyil ki, Avropa Birliyinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən toplantısında qurumun prezidenti Donald Tusk başda olmaqla ABŞ-a təpki göstərdilər. Hətta Donald Tusk açıq şəkildə dedi ki, Donald Tramp kimi dost olan yerdə düşmənə ehtiyac yoxdur. Ona görə də Avropa dövlətləri israrla Amerikanın sanksiyalarına görə İranla münasibətlərini pozmasınlar və ticari-iqtisadi əməkdaşlığı davam etdirsinlər. Əlbəttə, ABŞ-ın da ona göstərəcəyi təzyiq imkanları çoxdur. Buna baxmayaraq, Avropa İranı itirmək istəmir. Digər tərəfdən də müqavimət imkanlarının tükənmədiyini ABŞ-a göstərməyə çalışacaq”. 

Tofiq Abbasov bildirdi ki, Avropa ölkələri qanunların işlənməsini təmin edən bir mexanizm yaratmağa çalışır. Bu baxımdan, Böyük Britaniya, Almaniya və Fransa bu məsələdə ortaq mövqedən çıxış edir: “Soçidə Angela Merkel Vladimir Putinlə danışıqlara başlayır. Almaniya ABŞ-ın “Şimal axını-2” layihəsinə sanksiya tətbiq etmək istəyinə qarşı çıxır.
Görünür, çalışaqlar elə bir razılığa gəlsinlər ki, Amerikanın qərarını nəzərə almadan əməkdaşlığı davam etdirsinlər”. 

Müşfiq Abdulla

Tarix: 19-05-2018, 03:44
Xəbəri paylaş





Xəbər lenti