Ərdoğan: "İsrail fələstinlilərin qətlinə görə dünya qarşısında cavab verməlidir"


İsrail Qəzza sektorunda fələstinlilərin qətlinə görə dünya qarşısında cavab verməlidir.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında deyib.

"Bizim İsrail quldurlarının fələstinliləri qətlə qətlə yetirmələrinə qarşı qəti addımlarımız dünyaya göstərəcək ki, insanlıq hələ yaşayır. İsrail fələstinlilərin kütləvi qətlinə görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir", - deyə Türkiyənin dövlət başçısı qeyd edib.

Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, Qüds və Qəzza sektorunda baş verənləri BMT Baş Assambleyasının müzakirəsinə çıxarmaq niyyətindədir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qüdsü İsrailin paytaxtı kimi tanımaqla dinc fələstinlilərin qətlində iştirakçı olub.

Tarix: 19-05-2018, 10:15
Xəbəri paylaş





Xəbər lenti