Türkiyə Qüdsə müdaxilə edə bilər? - Politoloq şərhi


"Türkiyə Qüdsə düşünmürəm indi hərbi müdaxilə etsin. Çünki Türkiyə indi elə gücdə deyil."

Bunu Cebhe.info-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 

Ə.Məmmədli hesab edir ki, Qüdsə müdaxilə etmək Amerika Birləşmiş Ştatları ilə üz-üzə gəlməkdir: 

“Onsuz da Türkiyə Amerika ilə kifayət qədər problem yaşayır, növbəti problem özü də açıq müharibəyə gətirəcək problem yaşamaq indiki halda Türkiyə üçün böyük fəsadlarla nəticələnə bilər. Ərdoğan real addımları növbəti prezident seçkilərindən sonra atacaq. Ölkəsinin daxili problemlərini həll edib hərbi sənayeni və iqtisadiyyatı gücləndirəndən sonra Suriya, İraq və Fələstində Türkiyənin iştirakını daha miqyaslı görə bilərik. Hələlik hərbdə və iqtisadiyyatda Türkiyə tam güclü deyil. Hərbidə Türkiyənin tam güclü olması və ABŞ, Çin, Rusiya kimi nüvə gücləri ilə açıq aşkar qarşıdurmaya getməsi üçün gərək atom bombasına sahib olsun. Düşünürəm ki, bu yöndə də Türkiyə iqtidarı ciddi işlər görür”.


Tarix: 19-05-2018, 14:19
Xəbəri paylaş





Xəbər lenti