PREZİDENT NARKOTİK ALVERİNDƏ İTTİHAM OLUNDU:"Əldə olunan pullar Kosta-Rika və Rusiyada "yuyulub""



ABŞ Venesuela prezidenti Nikolas Maduro və hakim Sosialist Partiyasında ondan sonra ikinci şəxs olan Diosdado Kabellonu narkotik alverində ittiham edib.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu barədə mayın 18-də “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ Maduronu narkotik alverində açıq şəkildə ilk dəfədir günahlandırır.

ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Kabello narkotik alverçilərindən müsadirə etdiyi narkotik maddələri toplayaraq Venesuela dövlət hava limanından böyük partiya şəklində ixrac edib.

Bəyanatda qeyd edilir ki, o, bundan əldə etdiyi gəliri Maduro və digər şəxslərlə bölüşüb.

Məlumatda o da bildirilir ki, bundan əldə olunan pullar Kosta-Rika və Rusiyada “yuyulub”.

ABŞ-ın Maliyyə Nazirliyi Kabello, onun həyat yoldaşı və doğma qadaşına qarşı sanksiya tətbiq edib. Narkotik alverindən başqa onlar reketçilikdə də ittiham olunurlar.

Qeyd edək ki, ABŞ bundan əvvəl də Venesuela hakimiyyətinə qarşı bir sıra sanksiyalar tətbiq edib.

ABŞ və əksər qərb ölkələri, beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən isə ölkədə etiraz aksiyaları keçirilir. Bu müddət ərzində hərbçilərlə aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.

Tarix: 20-05-2018, 09:07
Xəbəri paylaş





Xəbər lenti