ABŞ alimlərindən həyəcan siqnalı: Ozon qatını məhv edən təhlükəli kimyəvi maddə istehsal olunur


Yer kürəsini təhlükəli radioktiv şüalardan qoruyan ozon qatını məhv edən kimyəvi maddələrin tullantıları birdən-birə həddən artıq çoxalıb. Alimlərin gəldiyi ümumi rəyə əsasən, hansısa dövlət və ya təşkilat beynəlxalq sazişləri kobud surətdə pozaraq, atmosferi dəhşətli dərəcədə çirkləndirən maddə istehsal edir.

Bununla bağlı “The Washington Post” qəzetində xüsusi məqalə dərc olunub.

Məqalədə trixlorflüormetan adlanan bu təhlükəli maddənin 2012-ci ildən bu yana naməlum səbəblərdən 25% artdığı qeyd edilir. Həmin maddənin istehsalı isə 1987-ci il Monreal protokoluna əsasən bütün ölkələrdə yasaqlanmışdı.

“Mən özüm atmosferdəki dəyişikliklərin ölçülərini apardım və heyrətə gəldim”, - ABŞ Milli okean və atmosfer araşdırmaları agentliyinin (NOAA) ekspert alimi Stiven Montska qəzetə bildirib.

“Bu nəticələr ABŞ-ı onun gizli mənbəyini tapmaq üçün beynəlxalq axtarış elan etməyə sövq edəcək”, - məqalənin müəllifi Kris Muni yazır.

Müəllif Momreal protokoluna daxil olan dövlətlərin BMT-yə verdiyi hesabata əsasən, trixlorflüormetan maddəsinin əslində yox edildiyini yazır. Lakin tullantıların miqdarı o qədər böyükdür ki, alimlər kiminsə bu işlə ciddi surətdə məşğul olduğu qənaətinə gəlib.

 

4.JPG (47 KB)

 

“Ekspertlər bununla bərabər maddənin hansı dövlətin və ya təşkilatın istehsal etdiyini bilmirlər. ABŞ-ın Havay adalarında yerləşən metereoloji stansiyası isə trixlorflüormetanın digər qazlarla qarışıq formasında mənbəyinin şərqi Asiyadan gəldiyni təsbit edib. ABŞ-ın Ekoloji təhlükəsizliyin sabit inkişafı və idarəsi institutunun təsisçisi Darvud Zelke da maddənin yenidən peyda olmasının təəccüblü və olduqca təşvişdoğurucu olduğunu bildirib. Təhqiqat ABŞ alimlərinin rəhbərliyi altında Hollandiya və Böyük Britaniya ekspertlərinin köməyi ilə aparılıb. Onun nəticələri “Nature” jurnalında dərc olunub.

Onu da qeyd edək ki, trixlordlüormetan penomaterialların istehsalında və aşağı təzyiqlə işləyən soyuducuların hazırlanmasında istifadə olunurmuş.

 

SOYUDUCU.jpg (60 KB)

 

Trixlordlüormetan atmosferə buraxıldırqdan sonra 50 il ərzində qala bilir. Bu maddə yalnız stratosferdə yoxa çıxır ki, burada onun molekulları ozon qatını məhv edən kimyəvi reaksiyaya girir. Ozon təbəqəsinin azalması isə Yer kürəsini səthinin təhlükəli şüalanmaya məruz qalmasına səbəb olur.(Musavat.com)

 


Tarix: 21-05-2018, 04:26
Xəbəri paylaş





Xəbər lenti