Daha iki Rusiya qırıcısı vuruldu, artilleriya diviziyonu məhv edildi



Bu gün səhərə yaxın, yerli vaxtla saat 5 radələrində Rusiya Hava Kosmik Qüvvələrinin iki Su-30SM qırıcısı Ukraynanın Odessa vilayətinin qəsəbələrindən birinə raket zərbəsi endirməyə cəhd göstərib.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı bildirir ki, zenit-raket bölmələri həri iki təyyarəni məhv edib. Pilotlar katapult ediblər, amma təyyarələrin ardınca Qara dənizə düşüblər.

Digər məlumata görə Ukrayna ordusunun 93-cü briqadası işğalçıların Sumı vilayətinin Rusiya ilə dövlət sərhədinin cəmi bir neçə kilometrliyində yerləşən Trostyants qəsəbəsi ərazisində mövqe tutmuş “Msta-S” 2C19 özüyeriyən artilleriya qurğularının diviziyonuna zərbələr endirib. (VİDEO) Pilotsuz aparatdan korrektə edilən dəqiq zərbələr nəticəsində diviziyonunun texnikası və canlı qüvvəsi məhv edilib, bu zaman mülki infrastruktura ziyan vurmamaq üçün Ukrayna artilleriyaçıları zərgər dəqiqliyi ilə işləyiblər. Çünki Rusiya artilleriyası qəsəbənin dəmir yol vağazlı ərazisində mövqe tutmuşdu.
Trostyants qəsəbəsi fevralın 24-də, Rusiyanın hərbi müdaxiləsinin ilk saatlarında işğal edilib. Qəsəbədə həmin vaxtdan qaz və elektrik yoxdur, su təchizatı da kəsilib.
virtualaz.org
Tarix: 16-03-2022, 23:09
Xəbəri paylaş





Xəbər lenti