ABŞ təsdiqlədi: “Rusiya Ukraynada həqiqətən də hipersonik raket atıb”


 
ABŞ Rusiyanın Ukrayna obyektlərinə səsdəniti (hipersonik) sürətli Kinjal raketləri atdığını təsdiqləyib.
 
Ovqat.com-un məlumatına görə, ABŞ rəsmiləri CNN telekanalına açıqlamalarında bu faktı təsdiq ediblər.
 
Mənbə bildirib ki, “real vaxt rejimində” Pentaqon bunu izləyə bilib.
 
ABŞ rəsmilərinin fikrincə, raket atışı çox güman ki, Rusiyanın silahları sınaqdan keçirmək və ya öz imkanları barədə Qərbə mesajları vermək məqsədi güdüb.
 
Nəşrin yazdığına görə, Pentaqon səsdəniti silahlarının hazırlanmasını özünün əsas prioritetlərindən biri kimi elan edib, xüsusən də Çin və Rusiya versiyaları üzərində işləyir.
 
Rusiya Müdafiə Nazirliyi şənbə günü bəyan etmişdi ki, bir gün əvvəl Ukraynanın qərbindəki hərbi sursat anbarına “Kinjal” raketləri atıb və Delyatin kəndindəki bir hərbi tikintini sıradan çıxarıb. Ehtimallara görə, söhbət İvano-Frankovsk vilayətinin yaşayış məntəqələrindən birində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının yeraltı anbarına endirilən zərbələrdən gedir.
 
Qeyd edək ki, hipersonik silahları aşkarlamaq və onun qarşısını almaq raketdən müdafiə sistemləri üçün çətinlik yaradır. Hipersonik raketlər yüksək qövslü ballistik raketlərdən çox daha aşağı trayektoriya ilə hərəkət edə bilir və asanlıqla aşkar edilə bilmir. Hipersonik raketlər həmçinin manevr etmək və hava hücumundan müdafiə sistemlərindən yayınmaq qabiliyyətinə malikdir.



Tarix: 20-03-2022, 10:14
Xəbəri paylaş





Xəbər lenti