Kadırovçular Ukraynadan Çeçenistana qaçdılar - ŞOK SƏBƏB

Kadırovçular Ukraynadan Çeçenistana qaçdılar - ŞOK SƏBƏB
Kadırovçular Ukraynada olduqları müddətdə yüzlərlə döyüşçünü itiriblər. Nəticədə martın 13-də onlar Qroznıya qayıdıblar.
Bu barədə “Azadlıq” radiosu Ukrayna Təhlükəsizlik Xidmətinin əks kəşfiyyatındakı öz mənbələrinə istinadla məlumat yayıb.
 
Kəşfiyyatçılar Kiyev yaxınlığında peyda olan Rusiya Qvardiyasının çeçen bölmələrinin komandirlərinin adlarını açıqlayıb, həmçinin onların Rusiyanın Ukraynada başladığı müharibədə iştirakının təfərrüatlarını bildiriblər.
 
Kadırovçuların Ukraynada döyüşmələri haqda məlumat müharibənin ilk günlərindən yayılmağa başlayıb. Fevralın 26-da İnternetdə Çeçenistandan olan hərbçilərin Qostomeldəki hərbi hissənin binasına Rusiya bayrağını asdığı video yayılıb.
 
Ukrayna Silahlı Qüvvələri videonun həqiqiliyini etiraf edib, lakin bildirilib ki, Kadırovçular boş bölmənin ərazisinə daxil olublar - bunun üçün heç bir döyüş olmayıb.
 
Artıq fevralın 27-də məlum olub ki, Ukraynadakı müharibə zamanı Rusiya Çeçenistan Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev həlak olub.Bunu həmin alayın əsir düşən döyüşçüsü də təsdiqləyib.
 
Ukrayna Təhlükəsizlik Xidmətinin əks kəşfiyyatının məlumatına görə, fevralın 26-dan 28-nə qədər Kadırovun döyüşçülərinin itkisi bir neçə yüz nəfər olub.(Lent.az)
Tarix: 20-03-2022, 20:57
Xəbəri paylaş





Xəbər lenti