Ukrayna Rusiyanın mühasirədə olan Mariupolun təslim olması tələbini rədd edib

Ukrayna Rusiyanın mühasirədə olan Mariupolun təslim olması tələbini rədd edib

Rusiya Mariupol limanındakı Ukrayna qüvvələrini şəhərdən təhlükəsiz keçmək müqabilində silahlarını yerə qoymağa və təslim olmağa çağırıb. Kiyev rəsmiləri təklifi dərhal rədd edib.

Bizimyol.info xəbər verir ki, Rusiyalı general-polkovnik Mixail Mizintsev bazar günü bildirib ki, Moskva sahilyanı şəhərdən şərqdən Rusiyaya, qərbdən isə Ukraynanın digər hissələrinə gedən iki dəhlizə icazə verəcək.
O, Mariupola təklifə cavab vermək üçün bazar ertəsi səhər saat 5-ə qədər vaxt verib və deyib ki, Rusiya və Ukrayna qüvvələri arasında gedən döyüşlərdə sakinləri qidasız, susuz və elektriksiz qalması ilə tələyə salanmış, mühasirədə olan şəhərdə “dəhşətli humanitar fəlakət yaranıb”.
“Silahlarını yerə qoyan hər kəsin Mariupoldan təhlükəsiz şəraitdə getməsi təmin ediləcək”, - deyən general-polkovnik təklifin rədd edildiyi təqdirdə Rusiyanın hansı addımı atacağı barədə fikir bildirməyib.
Lakin Rusiya Müdafiə Nazirliyi "Telegram" mesajları ilə Mariupol hakimiyyətinə müraciət edərək, məmurların “indi tarixi seçim etmək hüququna malik olduqlarını” bildirib və onlara hazırki mövqelərində qalsalar hərbi tribunalla üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.
Tarix: 21-03-2022, 10:10
Xəbəri paylaş





Xəbər lenti