Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 hava hədəfini vurub


Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 hava hədəfini vurub

Ukrayna qırıcıları dünən işğalçının 7 hava hədəfini vurub, texnika dəstələrinə və canlı düşmən qüvvələrinə sarsıdıcı zərbələr endiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 21-də saat 06.00-a Rusiyanın işğalı ilə bağlı operativ məlumatında bildirilib.
Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri ötən sutka ərzində düşmənin 7 hava hədəfini (1 təyyarə, 4 PUA və 2 qanadlı raket) vurub. Bundan əlavə, bombardmançı və yerüstü hücum təyyarələri texnika və düşmən canlı qüvvəsinin cəmləşdirilməsinə sarsıdıcı zərbələr endirilib.
Baş Qərargah qeyd edir ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib.
"Ukrayna Silahlı Qüvvələri və Müdafiə Qüvvələrinin digər bölmələri ələ keçirilən xətləri saxlamağa çalışan düşmən qoşunlarının qruplaşmalarına zərbələr endirməkdə davam edir. Eyni zamanda, düşmənin pilotlu təyyarələrdən istifadə intensivliyini azaltdığı qeydə alınıb. Raket və bomba zərbələrinin nəticələrinin effektivliyini qiymətləndirmək üçün düşmən operativ-taktiki pilotsuz uçuş aparatlarından istifadə edib”, - deyə məlumatda bildirilir.
Tarix: 21-03-2022, 11:57
Xəbəri paylaş





Xəbər lenti