"Putinin itirəcəyi heç nə yoxdur, ölümcül xəstədir, nüvə düyməsini basa bilər"


"Qərb mediası son zamanlar daha çox yazır ki, Putin sağalmaz xəstədir, artıq bunkeri hazırdır, uzun zaman bunkerdə qalmağa hazırlaşır, bütün bu xəbər axını Kreml təbliğatının növbəti əməliyyatıdır, Qərb mediası da ya “tık” xatirinə, ya da anlamayaraq bu yemi “udur”. Özü də, Qərb mediası bu xəbərləri çox vaxt “Kremlə yaxın anonim mənbələrdən” aldığını deyir. Kremlin marağı çox sadədir – Qəsdən bu fikri yayır ki, baxın, Putinin itirəcəyi heç nə yoxdur, ölümcül xəstədir, nüvə düyməsini basa bilər və ya xəstə olmasa da, artıq özünə elə bir bunker infrastrukturu qurub ki, “nüvə qışını” bitməsini illərlə bunkerdə sağ-salamat gözləyə bilər. Məqsəd də odur ki, hamı Ukraynaya təzyiq etsin, “dəlinin” əlindən dünyanı qurtarmaq üçün güzəştlərə razı salmağa çalışsınlar".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.


N.Cəfərli qeyd edib ki, müharibələr dövründə informasiya axını çox toksik olur, kimin nə vaxt harada həqiqət söyləməsini ayırd etmək çətinləşir: "Amma bir önəmli kriteriya var: Hansı ölkə ki, mətbuatı boğur, senzuranı kəskinləşdirir, ağzını açanı həbs edir, bilin ki, o dövlətin gizlətdiyi məlumatlar daha çoxdur, yalanlarının ifşasından qorxur. Bu gün Rusiyada senzura SSRİ-i səviyyəsinə çıxması, istənilən fərqli fikrin boğulması, rəsmi mövqedən başqa bütün fikirlərin əvvəlcədən “yalan” elan edilməsi onu deməyə əsas verir ki, haqsız olan, hüquqsuz davranan məhz Rusiyadır. Bu gün Rusiya dünyada elə bir ölkədir ki, küçədə əlində kiçicik “müharibəyə yox” yazılmış şüar tutanlar, müharibə əlehinə olanlar həmin an həbs edilir. Tragikomik vəziyyətdir..."
Tarix: 21-03-2022, 21:27
Xəbəri paylaş





Xəbər lenti