Çerniqov merindən DƏHŞƏTLİ AÇIQLAMALAR



Çerniqovda bütün infrastruktur dağıdılıb, tibb müəssisələri mütəmadi hədəfə alınır.

Musavat.com xəbər verir ki, bu barədə Çerniqov şəhərinin meri Vladislav Atroşenko Censor.NET-ə müsahibəsində danışıb.

O, hər gün şəhərdə 40-a yaxın insanın dəfn edildiyini, xəstəxanalarda isə 400-ə yaxın yaralının olduğunu bildirib. Bu günə qədər Çerniqovda bütün infrastruktur dağıdılıb. Şəhərdə işıq, su, istilik, qaz demək olar ki, yoxdur. Rusiya ordusu xəstəxanaları atəşə tutur. Xəstəxana da hərbi infrastruktur obyekti sayılır? Buna görə də Rusiya Federasiyasının Çerniqovda hərbi əməliyyatların aparılmasında hansı üsullardan istifadə etdiyini başa düşmək vacibdir.

Bu taktika mülki əhalinin, eləcə də infrastrukturun qəsdən məhv edilməsinə yönəlib və bunun hərbi infrastruktura hədəflənmiş atəşlə heç bir əlaqəsi yoxdur”, - Atroşenko deyib.

Şəhər meri itkilərdən və şəhərdə nə qədər insanın qalmasından da danışıb: “Şəhərdə hər birində 200-ə yaxın yaralı olan iki xəstəxanamız var. Biz gündə 40-a yaxın insanı basdırırıq. Müharibədən əvvəl orta hesabla gündə 8 nəfər basdırılırdı. Mənim hesablamalarıma görə, əhalinin yarısı şəhəri tərk edib. Digər yarısı isə şəhərdə qalıb və təəssüf ki, qalanlar arasında özünü təmin edə bilməyənlər də az deyil”.
Tarix: 22-03-2022, 17:56
Xəbəri paylaş





Xəbər lenti