Zelenski Makrona səsləndi: “Yetkin və tarixi qərar qəbul edin”


Ukrayna Prezidenti Fransa Senatı və Milli Assambleyasının birgə iclasında çıxış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Senatı və Milli Assambleyasının birgə iclasında çıxış edib. AYNA xarici mediaya istinadən bildirir ki, Ukrayna lideri iclasa videoformatda qatılıb.
Zelenski parlamentarilərə Ukraynadakı hazırkı vəziyyət barədə məlumat verib, qısa müddətdə Avropa İttifaqına qoşulmaq arzusunu səsləndirib.
“Mən burden həmkarım Emmanuel Makrona səslənirəm, tarixi anda yetkin və tarixi qərar qəbul etsin. Gələcək müharibələrin qarşısını almaq üçün Avropa təhlükəsizlik sistemi yaratmaq vacibdir”, - Zelenski bildirib.
Tarix: 24-03-2022, 08:57
Xəbəri paylaş





Xəbər lenti