Zelenski danışıqlarda Ukraynanın prioritetlərini açıqlayıb


Zelenski danışıqlarda Ukraynanın prioritetlərini açıqlayıbVladimir Zelenski

Ukraynanın Rusiya Federasiyası ilə danışıqlarda prioritetləri dəyişməz olaraq qalır - suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik təminatları.

Bu barədə bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Qarşıda danışıqların yeni raundu var, çünki biz sülhə nail olmağa çalışırıq. Bu həqiqi, ədalətli və gecikmədən yaradılacaq sülh olmalıdır. Məndə olan məlumata görə, artıq Türkiyə ərazisində üzbəüz görüş imkanı və ehtiyac var. Bu, pis nəticə deyil. Görüşməyə hazırıq, danışaq və nəticəyə baxaq. Bizim prioritetlərimiz bəllidir. Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhəsizdir. Dövlətimiz üçün effektiv təhlükəsizlik təminatları məcburidir. Ukraynanın məqsədi də göz qabağındadır - sülh və ölkədə normal həyatın tezliklə bərpa olunmasıdır. Vərəndaşlarımız üçün normal şərait yadılaraq əvvəlki yaşayış yerlərinə qayıtmasını və dağıdılmış infrastrukturun təcili olaraq bərpasını istəyirik. Lakin indiki mərhələdə əsas məsələ tərəflərin bu danışıqlara başlaması üçün hazır olduğunu bildirməsidir.  Hər iki tərəf buna səy göstərməsidir. Biz müharibənin ilk günlərindən danışıqlara hazır olduğumuzu bildirmişik ”, - deyə Zelenski öz ofisinin Telegram kanalında yayımlanan videomüraciətində bildirib.
Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski öz teleqram kanalında Rusiya və Ukrayna nümayəndə heyətlərinin martın 29-30-da danışıqların növbəti üzbəüz raundunun keçirilməsi barədə qərar qəbul etdiyini bildirmişdi. Daha sonra Türkiyə liderinin ofisi məlumat yayıb ki, telefon danışıqları zamanı Ərdoğan və Rusiya prezidenti Vladimir Putin İstanbulda nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə razılığa gəliblər.
Danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş 5 saat davam edib. Daha sonra daha iki üz-üzə raund, eləcə də onlayn formatda görüşlər baş tutub.
Tarix: 28-03-2022, 09:22
Xəbəri paylaş





Xəbər lenti