Müharibənin 33-cü günü – Ukrayna üçün “Koreya” ssenarisi

Ukraynalı könüllülər dronlarla Rusiyanın mövqelərini müəyyən edirlər

Ukrayna ordusu Makarov şəhərini Rusiya qüvvələrindən geri alıb. Bu şəhər paytaxt Kiyevin müdafiəsində strateji cəhətdən olduqca mühüm rol oynayır.

Luqansk referendumdan danışır

Luqanskın separatçı lideri martın 27-də bildirib ki, Rusiyaya qoşulmaq üçün regionda tezliklə referendum keçirə bilər. 2014-cü ildə Rusiya Krımı da oxşar referendumla ilhaq etmişdi. 

Ukrayna üçün ‘Koreya’ ssenarisi?

General Kirill Budanov martın 27-də bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onun ölkəsini İkinci Dünya müharibəsindən sonra Koreya yarımadası kimi parçalamaq istəyir.

Kremlin sanksiyalar və ölkənin təcrid olunması ilə bağlı təbliğatı

“Antirusiya sanksiyaları qətiyyən heç bir nəticə vermir”, “yaşadığımız hər bir çətinlik eyni zamanda fürsətdir” – Kremlin təbliğatı və əslində sanksiyaların sayına görə İran və Şimali Koreyanı geridə qoyan Rusiya.
Azadlıq radiosu
Tarix: 28-03-2022, 22:47
Xəbəri paylaş





Xəbər lenti