“İnvestisiyanın olmaması, işsizlik və kasıblıq” - “Çin Rusiya iqtisadiyyatını xilas edə bilməz”



Hələ bu yaxınlarda fin mütəxəssislər qeyd etmişdilər ki, Rusiyanın iqtisadiyyatı pandemiyanın nəticələrinə gedir - işsizlik aşağı səviyyədə olub, iqtisadi göstəriciləri artır. İndi isə Ukraynadakı situasiya səbəbilə Rusiya iqtisadiyyatının perspektivləri narahatedici olub.
Bunu «Nordea» bankının iqtisadçısı Kristian Nummelin deyib, ondan sitatı isə «STT» gətirir.
Ekspertin fikrincə, kasıblıq və işsizlik artacaq. Bundan başqa, Nummelin əmindir ki, Rusiya üçün alternativ təbii qaz alıcısı tamaq çətin olacaq, çünki əsas qaz kəmərləri Avropaya aparır.


«İnam uzun müddətə itirilib, xüsüsilə də əgər hazırkı hökumət hakimiyyətdə qalarsa. Təsəvvür etmək çətindir ki, Rusiyaya böyük xarici investisiya gəlsin» - Nummelin əlavə edib. 
Onun fikrincə, Qərb sanksiyalarının çoxu illərdir k, qüvvədədir. İqtisadçı qeyd edir ki, Avropa hələlk Rusiyanın enerji daşıyıcılarından imtina etməsə də, Ukraynadakı hadisələr yaşıl enerjiyə keçidə aparır və başqa tədarükçü axtarışını zəruri edir. Onun sözlərinə görə, Çin Rusiya iqtisadiyyatını xilas edə bilməz və bunu istəmir. Güman ki, Pekin ucuz enerji daşıyıcısı almağa razı olar, amma çətin ki, Qərb ölkələrini Rusiyanın ticarət balansında əvəz etsin, ekspert əmindir.
AzPolitika.info
Tarix: 29-03-2022, 13:24
Xəbəri paylaş





Xəbər lenti