Ukrayna Krım və Sevastopolu hərbi yolla qaytarmaq cəhdindən imtina edir



Medinski: “Təhlükəsizlik təminatı Krım və Sevastopola aid deyil”
Rusiya Ukraynadan Krım və Sevastopolu hərbi yolla geri qaytarmaq cəhdindən imtina etdiyini nəzərdə tutan yazılı təklif alıb.
AYNA TASS-a istinadən bildirir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Kiyev və Moskvanın nümayəndə heyətləri arasında İstanbul şəhərində keçirilən görüşün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.
“Təhlükəsizlik təminatı Krım və Sevastopola aid deyil. Yəni Ukrayna bu əraziləri hərbi yolla qaytarmaq istəyindən vaz keçir və bunun yalnız danışıqlar yolu ilə mümkün olduğunu bəyan edir. Bu, bizim mövqeyimizə heç bir halda uyğun gəlmir, lakin Ukrayna öz yanaşmasını formalaşdırıb”, - deyə Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, Ukraynanın təklifi Donbasın “ayrı-ayrı rayonlarına” da şamil edilməyəcək. Həmçinin Kiyevin təklifləri Ukraynanın beynəlxalq hüquqi təminat altında daim neytral dövlət kimi qalmasını nəzərdə tutur və orada dövlətin təhlükəsizliyinin qarantı olan ölkələrin siyahısı təqdim olunur.
Tarix: 29-03-2022, 23:05
Xəbəri paylaş





Xəbər lenti