"Putin və Şoyqu arasında gərginlik artır..." - ABŞ kəşfiyyatı


ABŞ kəşfiyyatı Kreml diktatoru Vladimir Putinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında gərginliyin artdığını bildirir.
 
Moderator.az xəbər verir  ki, belə bir məlumatı  "Nyu-York Tayms"("New York Times" ) qəzeti yayıb.
 
Nəşrin yazdığına görə, Putinlə Şoyqu arasında gərginlik rus diktatoruna Ukraynadakı işğalçı ordunun itkiləri və uğursuzluqları barədə dəqiq məlumat verilməməsi ilə bağlı ola bilər.
 
Əvvəllər Şoyqu uzun müddət Putinə ən yaxın adamlardan biri və onun mümkün varisi hesab olunurdu. Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra Şoyqu uzun müddət ictimaiyyət qarşısına çıxmadı...

Tarix: 31-03-2022, 09:03
Xəbəri paylaş





Xəbər lenti