General Ser Nik Karter: NATO məğlub olur


General Ser Nik Karter: NATO məğlub olurUkrayna ordusu

"NATO “məğlub olub” və Britaniya Ukraynanın Rusiya qüvvələrinə qarşı hücuma keçməsinə kömək etmək üçün yeni koalisiya yaratmalıdır".

Bizimyol.info xəbər verir ki, bunu bu yaxınlara qədər Ukrayna ordusunun müşaviri kimi fəaliyyət göstərən general ser Nik Karter deyib: "Ukraynaya Rusiyaya qarşı “əks-strategiya” hazırlamağa kömək etmək üçün “millətlərin daha kiçik koalisiyası” olmalıdır", deyə o bildirib. Generalın sözlərinə görə, koalisiya hərbi, iqtisadi, diplomatik və humanitar reaksiyaların əlaqələndirilməsinə kömək edə bilər.
Mübahisəli olduğunu etiraf etdiyi şərhlərdə o, NATO ittifaqının Rusiyanın Ukraynaya təcavüzünün qarşısını ala bilmədiyini söyləyib. General, "BBC Radio 4"ün "Today" proqramına açıqlamasında deyib: “Nato məğlub olur. NATO-nun blefi ortaya çıxır. Vacib məqamda Rusların bizi əzməsinin qarşısını ala bilmədik. Bunu edə bilərdik. Şərait və mövqeylərimiz əlverişli idi. Lakin əmr vermək iradəsi kifayət etmədi. Hələ də hər şey itirilməyib, lakin bəzi məqamlar əldən verilib. NATO loyal qərarları ilə Rusiyaya uduzmaq istiqamətində irəliləyir.  Məlumata görə, Putin Donbasa yeni hücum hazırlayır, Zelenskiyə bu barədə xəbərdarlıq edilib”, - deyə general ser Nik Karter qeyd edib.
Tarix: 31-03-2022, 16:19
Xəbəri paylaş





Xəbər lenti