"Bir milyarder Ukraynada müharibəni bitirə bilər..."- "Cəmi 12 qırıcı almaq gərəkdir..."



Aprelin 1-də Rusiyanın Ukraynaya təcavüzünü pisləyən amerikalı aktyor və prodüser Şon Penn "Tvitter"-də dünya milyarderlərini Ukrayna üçün texniki xüsusiyyətlərinə görə işğalçı Rusiyanın hərbi aviasiyasından üstün olan 12 döyüş təyyarəsi almağa çağırıb. 
 
Moderator.az-ın "GORDON"a istinadla verdiyi xəbərə görə, Penn bildirib ki, iki eskadrilya "F-15" və ya "F-16" qırıcı almaq milyarderlərə cəmi 300 milyon dollara başa gələcək. Daha 200 milyon dollar isə raketdən müdafiə sistemləri almaq üçün gərəkdir.
 
"Bir milyarder Ukraynada bu müharibəni bitirə bilər. Bu barədə düşünməyə dəyər"- deyə aktyor fikrini  yekunlaşdırıb.

Tarix: 2-04-2022, 10:57
Xəbəri paylaş





Xəbər lenti