Rusiya Britaniyanı HƏDƏLƏDİ: “Qanuni hədəfə çevriləcək, vuracağıq”



“Britaniyanın uzaqmənzilli artilleriya və gəmi əleyhinə sistemləri Ukrayna ərazisinə daxil olarsa, Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək”.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.
Onun sözlərinə görə, istənilən silah tədarükü sabitliyi pozur:
“Vəziyyəti gərginləşdirir, daha çox qan axmasına yol açırlar. Görünür, bunlar yeni, kifayət qədər yüksək dəqiqliyə malik silahlardır. Təbii ki, Ukrayna sərhəddini keçsələr, Silahlı Qüvvələrimiz üçün qanuni hədəf olacaqlar”.
Tarix: 2-04-2022, 16:16
Xəbəri paylaş





Xəbər lenti