Dmitri Medvedev Ukraynanın Avropa Birliyinə üzvlüyü haqqında danışdı-“Heç vaxt”



Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitiri Medvedev Ukraynanın Avropa Birliyinə üzvlüyü barədə danışıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Moskovkiy komsomolets” qəzetində məlumat yayılıb.
Qeyd edək ki, daha öncə Vladimir Putinin köməkçisi Aleksandr Medinski Rusiyanın Ukraynanın AB-yə daxil olmasında heç bir problem görmədiyini bəyan etmişdi.
D.Medvedev əslində, bununla bağlı əks fikir ifadə etməyib: “Əgər belə bir arzunuz varsa, buyurun”.
Lakin keçmiş prezident bundan sonra “amma” bağlayıcısını qoymağı unutmayıb və Monteneqro, habelə, Şimali Makedoniya örnəklərini xatırladıb.
Onun iddiasına görə, AB ilk öncə NATO-ya daxil olmayan ölkələri sıralarına qəbul etməz.
Dmitri Medvedevin bu sözləri Rusiyanın Ukraynadakı keçmiş səfiri Vitor Çernomırdinin məşhur ifadəsini xatırladıb.
Vaxtilə media mənsubları səfirdən Ukraynanın Avropa Birliyinə daxil olması perspektivi barədə soruşduqda o, belə cavab vermişdi: “Yalnız Türkiyədən sonra”.
Jurnalist “Bəs Türkiyə nə vaxt Birliyə üzv olacaq deyə soruşduqda isə onun cavabı qısa olmuşdu-“Heç vaxt”.
Tarix: 2-04-2022, 19:16
Xəbəri paylaş





Xəbər lenti