"İskender M" raketi ilə atəşə tutulan Odessadan FOTOREPORTAJ



Son bir həftədə Odessaya Qara dənizdən və Rusiyanın ilhaq etdiyi Krımdan raket və pilotsuz uçuş aparatlarının hücumları daha da genişlənib.
Krımın, təxminən, 300 kilometrliyində yerləşən Odessaya son günlər raket hücumlarının sayının artması xüsusilə Rusiya qoşunlarının Ukraynanın Kiyev, Çerniqov və Sumı istiqamətində geri oturdulması fonunda baş verir. Bu səbəbdən şəhərin istər havadan, istərsə də qurudan müdafiəsi son günlər dəfələrlə gücləndirilib. Gün ərzində ən azı 3 dəfə həyəcan siqnalı verilən Odessanın küçələri və yolları ciddi müdafiə istehkamına çevrilib. Buna baxmayaraq, Rusiya raket hücumlarını davam etdirir. Bunlar arasında ağır "İskender M" raketləri də müşahidə olunur. Onların böyük əksəriyyəti Ukrayna Hava Hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilir.
"Report"un Şərqi Avropa bürosu Odessa vilayətindən hazırladığı fotorepertajı təqdim edir:






























Tarix: 4-04-2022, 10:00
Xəbəri paylaş





Xəbər lenti