Blinken Rusiya müharibəsinin vəhşiliklərini pisləyib

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanı kəskin şəkildə qınayıb və Rusiyanı Ukraynada müharibə vəhşilikləri törətməkdə günahlandırıb. Belə ki, dünya rus qoşunları getdikdən sonra Kyiv yaxınlığındakı Buça küçələrində zibil kimi qalan ölü ukraynalıların cəsədlərini görüb.
Blinken Ukraynanın paytaxt ətrafındakı şimal-mərkəzi bölgəyə nəzarəti geri aldığını iddia etdiyi halda, Birləşmiş Ştatların Ukraynanın hər yerində Rusiyanın hərbi cinayətlərini “sənədləşdirmək üçün çox çalışacağını” deyib.
Moskva qoşunları Ukraynanın cənubundakı Qara dəniz şəhərlərində və Ukraynanın şərqindəki mübahisəli Donbas bölgəsində yeni hücumları cəmləşdirmək üçün Kyiv ərazisindən geri çəkilib.
Küçələrdəki cəsədlərə işarə edənUkrayna Prezidenti Volodimir Zelenski CBS-nin “Face the Nation” verilişinə “Həqiqətən. Bu soyqırımdır”.
Onun sözlərinə görə, Ukrayna Rusiya qüvvələri tərəfindən “dağıdılır və məhv edilir”.
NATO-nun baş katibi Yens Stoltenberq CNN-ə deyib: “Bu, Avropada onilliklər ərzində vətəndaşlara qarşı misilsiz bir vəhşilikdir. Müharibəyə son qoymaq [Rusiya] Prezidenti [Vladimir] Putinin məsuliyyətidir””.
Rusiyanın Müdafiə Nazirliyi bazar günü verdiyi açıqlamada Buçada mülki vətəndaşları öldürmədiyini və ölənlərin əks olunduğu video-görüntülərin və fotoşəkillərin Qərbin “yeni bir təxribatı” olduğunu iddia edib.
Amerikanın səsi
Tarix: 4-04-2022, 15:10
Xəbəri paylaş





Xəbər lenti