"Kadırovçular" hücuma keçiblər və əsir düşüblər


"Kadırovçular" hücuma keçiblər və əsir düşüblərRamzan Kadırov və Vladimir Putin

"Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırov" adına Xüsusi Təyinatlı Polis Alayının əsgərləri Mariupolda "Azovstal" zavoduna fəal şəkildə hücum edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Teleqram"ında bildirib. Kadırovun sözlərinə görə, milli batalyonların hərbçilərinin bir hissəsi "Azovstal" zavodunda sığınacaq tapıblar.
Çeçenistan rəhbəri hərbçilərin "kvadrokopter" vasitəsilə əraziyə baxış keçirməsinin videosunu yayıb.
"Təhlükəsizlik qüvvələrimizin koordinasiyalı fəaliyyəti və komandanlığın əmrlərinə ciddi əməl olunması sayəsində şəxsi heyət arasında nasistlər, banderalar və şeytanlar haqqında demək mümkün olmayan itkiləri var. Onların sayının minimuma endirmək mümkün olub. İgid əsgərlərimizin səyi ilə Ukrayna hərbçilərinin sıraları sürətlə azalır, obyektlərin təmizlənməsi adi rejimdə aparılır”, - deyə Kadırov qeyd edib.
Qeyd edək ki, Ramzan Kadırov bir neçə gün əvvəl "Azovstal" zavoduna hücum edəcəkləri ilə bağlı məlumat vermişdi. Ukrayna hərbçilərini təslim olmağa çağırmışdı. Lakin Ukrayna Silahlı Qüvvələri "kadırovçular"ı məhv edəcəklərini bildirmişdilər: "Biz öz evimizdəyik, üzərimizə gələn hər kəsi ona layiq olan səviyyədə "qarşılamağa" və onlara istədikləri cavabı verməyə hazırıq. Amma biz "çağırılmamış qonaqları" meyit kisəsində geri göndərməkdən xoşlanmırıq. Əgər onlar bunu istəyirlərsə, biz buradayıq",- deyə bildirmişdilər.
Ötən gün Ukrayna əsgərləri "Kadırovçular"dan əsir götürdükləri silahlıları nümaiş etdirən görüntülər paylaşdılar.
Rusiya ordusu artıq cəbhənin əksər hissəsindən geri çəkilməyə başlayıb. Britaniya kəfiyyatının məlumatına görə, Kiyev vilayəti də daxil olmaqla xeyli yaşayış məskəni Rusiya ordusundan geri alınıb.
Tarix: 4-04-2022, 18:31
Xəbəri paylaş





Xəbər lenti