“Rusiyaya etdikləri güzəştə görə Merkel və Sarkozini Buçaya dəvət edirəm” - Zelenski



Ukrayna Prezidenti: "İşgəncələrə məruz qalanları öz gözləri ilə görsünlər"
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın keçmiş kansleri Angela Merkeli və Fransa Prezidenti Nikola Sarkozini Buçaya səfər etməyə və 14 ildə Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edib.
AYNA UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
"Mən xanım Merkel və cənab Sarkozini Buçaya səfərə və 14 il ərzində Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edirəm. İşgəncələrə məruz qalan ukraynalıları və ukraynalı qadınları öz gözləri ilə görmək üçün", - o deyib.
Tarix: 5-04-2022, 09:29
Xəbəri paylaş





Xəbər lenti