"Putinə heç kim deməyəcək ki, dayanmaq lazımdır, çox güman ki, onun arxasından çevriliş təşkil edəcəklər"


Əgər Rusiyada hakimiyyət dəyişikliyi baş verərsə, bu, güc yolu ilə olacaq.
 
Moderator.az xəbər verir ki, bunu bolqar jurnalisti, beynəlxalq "Bellingcast" qrupunun baş tədqiqatçısı Xristo Qrozev "QORDON" internet- nəşrinin təsisçisi Dmitri Qordona verdiyi müsahibəsində deyib.
 
O, deyib ki, Rusiyada elə adamlar yoxdur ki, Vladimir Putinə dayanmağa və Ukraynaya qarşı təcavüzünə son qoymağa çağırış etsin. 
 
"Düşünmürəm ki, bunu etməyə kimsənin cürəti çatsın. Çox güman ki, onun arxasından çevriliş edə bilərlər ki, onunla qarşıdurmaya gedilməsin", - Qrozev güman edib.
 
O, hesab edir ki, Putinlə danışmağın və ona nəyəsə çağırış etməyin zamanı arxada qalıb.
 
"Sovet İttifaqında partiya rəhbərlərinə deyirdilər: "Getmək vaxtıdır". Amma bu dövr arxada qalıb. Hakimiyyət dəyişikliyi çox güman ki, güc yolu ilə baş verəcək", - jurnalist belə deyib.

Tarix: 5-04-2022, 18:40
Xəbəri paylaş





Xəbər lenti