Ukrayna işğalçını Moskvaya qədər qova bilər... - Britaniya bu silahları versə...


Ukrayna işğalçını Moskvaya qədər qova bilər... - Britaniya bu silahları versə...
Ukrayna ordusu yalnız böyük şəhərləri qorumur, həm də düşməni geri çəkilməyə məcbur edir. Buna görə də Britaniya hökuməti Ukraynaya yeni ölümcül silahların ötürülməsi variantını nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, “The Times” qəzetinin Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbəsi  bu ölkənin Ukraynaya uzaqmənzilli artilleriya sistemləri göndərə biləcəyini irəli sürüb.
 
Əvvəlcə Ukrayna düşməni hücumdan çəkindirmək üçün silahlarla təchiz edilirdi.  Hücum silahları ilə isə Ukrayna Silahlı Qüvvələri işğalçını Moskvaya qədər, hətta Uraldakı bunkerə qədər qova biləcək ...
 
Bu "M270 MLRS" - taktiki raket buraxıcısı və  reaktiv yaylım atəşi sistemi kimi istifadə edilən Amerika universal atış qurğusu ola bilər.  Bu ay 44 qurğunun Britaniya Ordusunun istifadəsi üçün təkmilləşdirilməsi nəzərdə tutulur ki, buraya sistemlərə yüksək texnologiyalı yeniliklərin əlavə edilməsi də daxildir. Lakin Britaniyanın Ukraynaya ən yeni silahları göndərməyə hazır olub-olmadığı hələlik məlum deyil.
 
Həmçinin Britaniya arsenalında 30 km-ə qədər məsafədə hədəfləri vura bilən 155 mm-lik "AS90" özüyeriyən artilleriya qurğusu var. Britaniya ordusu həm də "M270B1" reaktiv yaylım atəşi sistemi ilə silahlanıb. O, "GPS" yönləndirmə qabiliyyəti sayəsində yüksək dəqiqliklə 70 kilometrə qədər məsafədəki hədəfləri vura bilir.
 
Əvvəllər Britaniya Ukraynanı portativ “Starstreak” raket sistemi ilə təchiz edib ki, bu da artıq ölkəmizin xeyrinə səmərəli işləyir.
 
Sultan Laçın

Tarix: 6-04-2022, 09:23
Xəbəri paylaş





Xəbər lenti