İşğalın 42-ci günü


NATO Ukraynaya əlavə silah göndərəcək

NATO-nun məlumatına görə, Rusiya Ukraynada yeni hücuma hazırlaşır, bu dəfə cənub istiqamətində. Məqsəd Krımla quru əlaqəsi yaratmaqdır.

NATO yeni hücum gözləyir

Qərb rəsmiləri Kiyev ətrafından çəkilən Rusiya qüvvələrinin Ukraynanın şərqinə və cənubuna yerləşdirilmək üçün qruplaşdığını bildirir. Bir hissəsi Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donbas regionunda yeni döyüşlər gözlənir.
NATO başçısı Yens Stoltenberq deyib ki, alyans Rusiyanın Donbası bütünlükdə ələ keçirmə və işğal etdiyi Krımla quru əlaqəsi yaratmaq üçün bir neçə həftəyə hücuma keçəcəyini gözləyir.

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər

İqtisadçılar bildirir ki, Rusiya ilə iqtisadi əlaqələrdə sanksiyalar nəzərə alınmasa, Azərbaycan iqtisadiyyatı da ağır zərbə ala bilər.
Azadlıq radiosu
Tarix: 6-04-2022, 14:09
Xəbəri paylaş





Xəbər lenti