Buçanın işğalında iştirak edən hər üç əsgərdən biri əvvəllər Suriyada döyüşüb

Ukrayna hökumətinin məlumatına görə, Buçanın işğalında iştirak edən Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının 155-ci dəniz briqadasından olan hər üç əsgərdən biri əvvəllər Suriyada döyüşüb. Bu barədə Slidstvo.İnfo-nun araşdırmasında deyilib.
Ukrayna kəşfiyyatının məlumatına görə, yüzlərlə dinc sakinin öldürüldüyü Kyiv vilayətinin Buça, İrpen və Qostomel şəhərlərini işğal edən və yüzlərlə insanı qətlə yetirənlər 155-ci briqadanın döyüşçüləri olub.
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən dərc edilmiş 155-ci briqadanın siyahısına 82 rusiyalı hərbçinin adı və şəxsi məlumatları daxildir. Onlardan azı 24-ü Bəşər Əsəd rejimini dəstəkləyən Rusiyanın Suriyadakı müharibəsinin iştirakçısı olub.
Araşdırma müəlliflərinin fikrincə, 155-ci briqadanın qalan döyüşçüləri yaşlarına görə Suriya müharibəsində iştirak edə bilməzdilər, belə ki, onların əksəriyyəti 1998-2002-ci illərdə anadan olub.
Rusiya Suriyada daimi dislokasiya olunmuş hərbi kontingentinin sayını heç vaxt rəsmən açıqlamayıb. Lakin ekspertlərin fikrincə, 2015-ci ildə Rusiyanın Suriyadakı hərbi əməliyyatının aktiv mərhələsi başlayana qədər orada 2000-ə yaxın hərbçi var idi. Son beş ildə Rusiyanın Suriyadakı mövcudluğu bir yarım dəfə arta bilərdi.
Rusiyanın Suriyadakı əməliyyatı iki ildən bir qədər çox davam edib və 2017-ci il dekabrın 11-də başa çatıb. 2018-ci ilin dekabrında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın əsas qrupunun Suriyadan çıxarılmasının başa çatdığını elan edib.
Məlum olub ki, Rusiya və Suriya arasında Suriyanın Tartusdakı Rusiya Hərbi Dəniz Qüvvələri bazasının ərazisinin genişləndirilməsinə və bu bazanın Rusiya tərəfinin istifadəsinə dair saziş imzalanıb. Eyni zamanda, Rusiya müqavilənin parlamentdə ratifikasiyasını belə gözləmədən bazanı modernləşdirməyə başlayıb. Bu bazada daimi olaraq neçə nəfərin olduğu açıqlanmayıb.
Amerikanın səsi
Tarix: 7-04-2022, 22:36
Xəbəri paylaş





Xəbər lenti