İsraildə terror aktı törədilib - Ölənlər var



Atəş açanların iki nəfər olduğu bildirilir
İsrailin paytaxtı Təl-Əvivdə silahlı terrorçu Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində yerləşən İlka barında oturan insanlara atəş açıb.
AYNA İsrail mətbuatına istinadən xəbər verir ki, terror aktı nəticəsində iki nəfər ölüb, daha 4-ü yaralanıb.
Hadisənin dəqiq şəraiti və atəş açan şəxsin kimliyi hələlik məlum deyil, lakin bunun terror aktı olduğuna heç kim şübhə etmir.
Versiyalardan birinə görə, atəş açanlar iki nəfər olub.
Təhlükəsizlik qüvvələri terrorçunun gizləndiyi ehtimal edilən evi mühasirəyə alıb.
Tarix: 8-04-2022, 10:23
Xəbəri paylaş





Xəbər lenti