Slovakiya Ukraynaya C- 300 raket kompleksləri verdi: "Kiyevin qələbəsi yaxındadır..."

Slovakiya Ukraynaya C- 300 raket kompleksləri verdi:
Slovakiya Ukraynaya C- 300 raket kompleksləri verib
 
Moderator.az xəbər verir ki, bu barədə Slovakiyanın "TV Novinı" telekanalı məlumat yayıb.
 
Qeyd edilir ki, verilən HHM kompleksi artıq Ukraynadadır. İki gün ərzində o, oraya çox ciddi məxfilik şəraitində dislokasiya edilib.
 
Ukraynaya C- 300 zenit- raket kompleksinin verilməsi barədə məlumatı sosial şəbəkədə Slovakiyanın baş naziri Eduard Heger təsdiq edib.
 
"Bu məsuliyyətli qərarı ilə Slovakiya Respublikası sülhü, azadlığı və insan haqlarını müdafiə edən ölkə kimi Ukraynanın yalnız müdafiə sisteminə və onun günahsız vətəndaşlarına yardım edir və biz inanırıq ki, bu sistem daha çox günahsız ukraynalını Putin rejiminin gələcək təcavüzündən xilas olmağa imkan verəcək", - Eduard Heger bəyan edib.
 
"Bu sistemin verilməsi Slovakiya Respublikasının Ukraynada hərbi münaqişənin bir hissəsi olması anlamına gəlmir. Mən həmçinin sizi inandırmaq istəyirəm ki, Slovakiya Respublikasının müdafiəsi təmin edilib və yaxın günlərdə müttəfiqlərimizin əlavə raketdənmüdafiə sistemləri ilə gücləndiriləcək".
 
Bu arada Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç özünün "Facebook" səhifəsində Kiyevin ağır silah aldığı barədə məlumat verib. Onun sözlərinə görə, "Kiyevin qələbəsi yaxındadır".
 
Müşavir özünün videomüraciətini Dart Veyderin "Ulduz müharibələri" personajının manekeni fonunda yazıb.
"Qərb bizə gerçəkdən ağır silah verib. Qələbə yaxındadır".
 
Bundan əvvəl məlumat verildiyi kimi, bir neçə onilliklər öncə gizli surətdə əldə edilən sovet istehsalı olan HHM komplekslərini Ukraynaya ABŞ tərəfindən də tədarük edilir. Söhbət 1970- ci ilin əvvəlindən sovet ordusunun silahlanmasına qəbul edilən "Osa" zenit- raket kompleksindən gedir.

Tarix: 9-04-2022, 11:27
Xəbəri paylaş





Xəbər lenti