Putin niyə hamıdan uzaqda əyləşir…


Putin niyə hamıdan uzaqda əyləşir…Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin fevralın 7-də fransız həmkarı Emmanuel Makronla Moskvada görüşəndə məsafəli davranması, qonaqdan xeyli uzaq əyləşməsi sosial mediada çox məsxərəyə qoyulmuşdu. Bunu Qərb mətbuatında saymazlıq aktı kimi də qiymətləndirmişdilər. Onda hələ Ukrayna müharibəsi başlamamışdı, Makron Putini mümkün hücum avantürasından çəkindirməyə çalışırdı. Rusiya Prezidenti ordunun qonşu ölkədə uğur qazanacağına çox inanırdı. Doğrudan da, Putin saymazlıq nümayiş etdirirdi. Amma hadisələr göstərdi ki, Kremlin rəhbəri uzaqda əyləşməklə heç bir siyasi mesaj vermirmiş.

Bizimyol.info xəbər verir ki, zamanla dövlət başçısının davranışıyla bağlı daha iki versiya səsləndi. Birincisi, Putinin koronavirusa yoluxmaqdan çəkinməsi. Hesab olunurdu ki, dövlət başçısı xəstələnməkdən çox qorxur. Xüsusilə koronavirusa yoluxmaq onun üçün arzuolunmazdır. Putinin qəfil ölüm ehtimalına çox inandığı deyilirdi. Buna görə də adicə soyuqdəyməni də faciə kimi qarşılayır.
İkinci versiya kimi Rusiya Prezidentinin sui-qəsd ehtimalını nəzərə aldığı bildirilirdi. Bu versiya daha çox müharibənin ilk günlərində səslənməyə başladı. Putin onsuz da heç kimə güvənmir. Hətta yaxın adamı sayılan Müdafiə Naziri Sergey Şoyqu ilə arasının dəydiyi heç kimə sirr deyil. O, cangüdənlərini tez-tez dəyişir. Kimdən bir az şübhələnirsə, həmin adam yoxa çıxır.
Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç öz versiyasının gerçəyi əks etdirdiyinə əmindir. Onun dediyinə görə, Putin onkoloji şişdən əziyyət çəkir. Rusiya prezidenti immun sisteminin qayğısına qalır. Buna görə də insanlardan uzaq qaçır. Arestoviç Putinin kimyaterapiya seansı qəbul etdiyini bildirir.
Rusiyanın “Proyekt” nəşri bununla bağlı araşdırma aparıb. Nəticəyə görə, Putin cərrahlarla bir neçə dəfə məsləhətləşmələrdə olub. Nəşr dövlət başçısının xərçəng xəstəliyindən əziyyət çəkdiyinə əmindir. “Proyekt” Putinin həmişə yanında həkimlər briqadasının olduğunu qeyd edib.
Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov açıqlamasında yazılanları və danışılanları “yalan” adıandırıb.
Tarix: 10-04-2022, 11:15
Xəbəri paylaş





Xəbər lenti