Luqanskda rusların silah anbarı partladılıb


Ukrayna Rusiya hərbçilərinə məxsus hərbi obyektin məhv edilməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, Luqansk vilayəti hərbi administrasiyasının sədri Sergey Qaydayın verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri Luqanskda rusların sursat anbarını məhv ediblər.
"Müdafiəçilərimiz Luqansk vilayətinin işğal olunmuş yaşayış məntəqəsi yaxınlığında düşmənə döyüş sursatı olan anbarı dağıdıblar. Rusların separatçı mənbələri vasitəsilə yaydıqları Ukrayna Silahlı Qüvvələrinin guya yaşayış məntəqəsini atəşə tutması faktı isə yalandır! Bizim kiçik qələbəmiz var - bu gün 2,5 saat ərzində yanan şey(sursat anbarı-red.) bizim xalqımızı öldürə bilərdi", - Qayday deyib.
Tarix: 11-04-2022, 16:52
Xəbəri paylaş





Xəbər lenti