Bu ölkə Putinin qızına və həyat yoldaşına sanksiya tətbiq etdi



Yaponiya hökuməti Rusiyaya qarşı iqtisadi sanksiyalarını genişləndirməkdə davam edir.
 
Missiya.Az
"Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Baş nazir Kişida Fumio hökuməti 398 Rusiya vətəndaşının və 28 Rusiya təşkilatının aktivlərinin dondurulmasına qərar verib.
 
Rusiya vətəndaşları arasında prezident Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı da var.
 
Bildirilir ki, hökumət Yaponiya şirkətlərinə və vətəndaşlarına Rusiyada yeni investisiyalar qoymağı da qadağan edəcək.
 
Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Rusiya-Ukrayna müharibəsinin daha da genişlənməsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Moskvaya qarşı sərt sanksiyaların tətbiqinin vacibliyini vurğulayıb.
Tarix: 12-04-2022, 12:41
Xəbəri paylaş





Xəbər lenti