Deputat əlindəki əski parçasını nazirə göstərdi: "Sən busan..."

Deputat əlindəki əski parçasını nazirə göstərdi:

“Siz bəyan etdiniz ki, Azərbaycan hansı ilkin şərt irəli sürdüsə, sizin üçün məqbuldur, qəbuledilməz heç nə yoxdur, nəyi qəbul etsəniz də, Türkiyə-Azərbaycan tandeminin heç nə ilə dayanmayacağını çox yaxşı bilirsiniz”.
Yenisabah.az “Tert”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisində sual-cavab sessiyası zamanı iclasda iştirak edən yeganə müxalifətçi, “Hayastan” fraksiyasının üzvü Kristine Vardanyan bildirib.
“Siz sülh dövründən danışırsınız, bunun yeganə təminatı türkün sözüdür, bunun nəticəsi yeni bir soyqırım olacaq.
Bütün bunları nəzərə alaraq, “Artsax” xalqına deməliyəm, əziz Artsax xalqı, yaxşı bilin ki, bu təkcə sizin məsələniz deyil, Ermənistanda bunun erməni məsələsi olduğunu anlayan yüz minlərlə ləyaqətli vətəndaş var və Sənə deyəcək bircə sözüm var. Son hadisələrdən sonra məlum olur ki, bunlar, Ermənistanın adından danışılır”, - deyə deputat əlindəki ağ parçanı göstərib.
“Bu sənin üzündür, bu həqiqətdir, bundan qaça bilməzsən”, - deyə Vardanyan Mirzoyanı təhqir edib.
Qeyd edək onun açıqlamasından sonra zalda səslər yüksəlib. Spiker Alen Simonyan Kristin Vardanyanın mikrofonunu söndürməyi əmr edib. 
Tarix: 13-04-2022, 18:03
Xəbəri paylaş





Xəbər lenti