Britaniya bu ilin sonunadək Rusiyadan neft və kömürün idxalını dayandıracağını bildirib
Britaniya aprelin 13-də Ukraynadakı müharibə ilə bağlı Rusiyadan olan 206 fiziki və hüquqi şəxsə sanksiyalar elan edib.Bu dəfə Britaniya Maliyyə Nazirliyinin
saytında dərc edilmiş sanksiya siyahısına Lukoil şirkətinin rəhbəri
Vahid Ələkbərovun, Dövlət Dumasının deputatı və məşhur hokkeyçi
Vyaçeslav Fetisovun, AFK “Sistema” şirkətinin təsisçisi
Vladimir Yevtuşenkovun, Putinin köməkçisi
Andrey Fursenkonun, Gazprombankın vitse-prezidneti
Sergey Fursenkonun, xarici işlər naziri
Sergey Lavrovun arvadı
Mariya Lavrovanın, “Alyans qrup”un prezindeti
Musa Bajayevin və biznesmen
Suleyman Kerimovun oğlu
Said Kerimovun adları da daxil edilib.
Sanksiyalar habelə Ukrayna parlamenti – Verxovna Radadakı keçmiş müxalifət platformasının rəhbəri, Vladimir Putinin kirvəsi kimi tanınan
Viktor Medvedçuku hədəfləyir.
O ev məhbusluğundan qaçdıqdan sonra aprelin 12-də Kiyevdə həbs olunub.
Medvedçuk Ukraynada dövlət xəyanətində və terrorçuluğa dəstəkdə ittiham olunur.
Bundan əvvəlki sanksiyalarRusiya Ukraynaya səbəbssiz və əsassız hərbi müdaxilə edəndən bəri Britaniya Rusiyaya qarşı sanksiyalarlın bir neçə paketini qəbul edib.
Bundan əvvəlki sanksiyalar
Vladimir Putini,
Sergey Lavrovu, Rosneftin direktorlar şurasının sədri
İqor Seçini, milyarder
Roman Abramoviçi, Gazpromun sədri
Aleksey Milleri, habelə Putinin və Lavrovun qızlarını hədəfləyirdi.
Britaniyanın son sanksiya siyahısına habelə Gazprombank, Rosselxozbank, Alfa-bank, Rusiya Dəmir Yolları, Alrosa, RusHidro və başqa şirkətlər salınıb.
Bundan başqa Sberbankın və Moskva Kredit Bankının hesabları dondurulub.
London habelə Rusiya iqtisadiyyatına hər hansı investisiyaların qoyulmasını, Rusiyaya neft emalı avadanlığının ixracını, Rusiyadan isə poladəritmə məhsullarının idxalını qadağan edib.
Britaniya bu ilin sonunadək Rusiyadan neft və kömürün idxalını dayandıracağını bildirib.
Azadlıq radiosu
Tarix: 14-04-2022, 18:13