Le Pen ikinci tur ərəfəsində Rusiya ilə münasibətlərini danmağa çalışır

Le Pen ikinci tur ərəfəsində Rusiya ilə münasibətlərini danmağa çalışır


Fransa prezidentliyinə namizəd ifrat sağçı Marin Le Pen onun Rusiyaya yaxın olması ilə bağlı iddiaları ədalətsiz adlandırıb. 
Qaynarinfo "Politico” saytının məlumatına istinadən xəbər verir ki, Le Pen Ukraynaya qarşı başlatdığı müharibədən sonra Rusiyaya münasibətinin dəyişdiyini deyib. 
"Mənim məruz qaldığım bu mühakimə ədalətsizdir. Ukraynadakı müharibənin başlamasına qədər mən Fransanın Rusiya ilə yenidən yaxın əlaqələr qurması və Rusiyanın Çin ilə möhkəm müttəfiqlik yaratmasına mane olmağın Fransanın maraqlarına uyğun olduğuna inanırdım”,- Parisdəki mətbuat konfransında Le Pen deyib.
Uzun müddətdir Putinin pərəstişkarı olan Le Pen 2017-ci ildə Kremlə səfər etmiş, Rusiya prezidentinin dünya düzənini tərifləmiş və partiyasını maliyələşdirmək üçün Rusiya maliyə kreditini qəbul etmişdi. 
Xəbər verilir ki, keçən ay Le Pen, üzərində Putinlə əl sıxışdığı şəkli olan bir milyondan çox kampaniya vərəqələrini məhv etdirib. 
Müharibədən sonra o, Putin haqqında fikrinin dəyişdiyini söyləyib və Ukraynanın Buça şəhərində baş verənləri müharibə cinayəti adlandırıb.  Həmçinin Avro skeptik mövqeyini də yumşaldan Le Pen Avropa Birliyini dəyişmək istəyinin onu xilas etmək demək olduğunu bildirib və "Heç kim Avropaya qarşı deyil”, - deyib.
Tarix: 14-04-2022, 19:34
Xəbəri paylaş





Xəbər lenti