İsrail super güclü döyüş lazerini sınaqdan keçirdi


İsrail Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf İdarəsi super güclü lazer üzərində bir sıra sınaqları uğurla başa vurub. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sınaq modeli müxtəlif ssenarilər üzrə pilotsuz uçuş aparatları (PUA), minaatan mərmiləri, raketlər, o cümlədən tank əleyhinə raketlərlə həyata keçirilib. Sınaqlar İsrail Müdafiə Nazirliyinin “Ar-Ge” Departamenti və hərbi-sənaye kompleksi müəssisələri tərəfindən həm yerdə, həm də havada güclü lazer sisteminin yaradılmasına yönəlmiş proqramın birinci mərhələsidir. 
Tarix: 14-04-2022, 23:09
Xəbəri paylaş





Xəbər lenti