Rusiya Braziliyadan kömək istədi...- "Reuters" -Artıq Moskva özü də batır?..

Rusiya Braziliyadan kömək istədi...-
Rusiya Federasiyasının Maliyyə Nazirliyi Braziliyadan Rusiya Federasiyasına BVF, Dünya Bankı və "G20"-də dəstək verməsini xahiş edir ki, Rusiya sanksiyalara müqavimət göstərə bilsin.
 
Moderator.az  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Nəşrin məlumatına görə, bunu Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanovun Braziliyadakı həmkarına məktubu təsdiqləyir.
 
Bildirilir ki, Rusiya Braziliyadan Ukraynanın işğalı, oradakı müharibə və dinc insanlara qarşı vəhşilikləri səbəbindən Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara müqavimət göstərmək üçün Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və "G20" aparıcı iqtisadiyyatlar qrupunda ona  dəstək verməsini istəyir. 
 
"Bununla belə, Braziliyanın Rusiya Federasiyasına kömək etməyə razı olub-olmayacağı məlum deyil" -deyə məşhur beynəlxalq informasiya agentliyi vurğulayır.
 
P.S. Deyəsən, Ukraynanın Qara dənizdə vurduğu eyniadlı raket kreyseri kimi Moskva özü də batır...

Tarix: 15-04-2022, 12:10
Xəbəri paylaş





Xəbər lenti