İsrail-Rusiya gərginliyi - Moskvadan ağır ittiham: "İyrəncdir"



Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılması ilə bağlı İsrailin açıqlamasını Rusiya Xarici İşlər Nazirliyi “diksindirici” adlandırıb.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, açıqlamada İsrail Xarici işlər naziri Yair Lapidin aprelin 7-də Rusiyanın sözügedən quruma üzvlüyünün dayandırılması ilə bağlı açıqlaması xatırladılıb.
Bunun Rusiya əleyhinə olduğu bildirilən açıqlamada “İsrail xarici işlər nazirinin sözləri üzücü və iyrəncdir” ifadəsinə yer verilib.
Rusiya XİN İsraili Fələstin ərazilərini “qeyri-qanuni ilhaq” etməkdə də günahlandırıb:
“İsrail hökuməti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, Fələstin ərazilərini qeyri-qanuni ilhaq etməyə davam edir. Bu ilhaq nəticəsində Qərb Sahilində 2 milyon 500 mindən çox fələstinli dünyadan əlaqəsi kəsilmiş yaşayış məntəqələrində yaşayır”.
Bəyanatda Qəzza zolağının “açıq hava həbsxanası”na çevrildiyi və İsrailin oradakı insanları blokadada saxladığı bildirilib.
İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Rusiyanın Ukraynaya hücum etdiyi və mülki vətəndaşları öldürdüyü deyilib.
“İsrail BMT Baş Assambleyasının Ukraynadakı müharibə səbəbindən Rusiyanın BMT İnsan Haqları Şurası üzvlüyünün dayandırılması qərarını dəstəkləyir”, - İsrail XİN-in açıqlamasında vurğulanıb.
Tarix: 16-04-2022, 23:43
Xəbəri paylaş





Xəbər lenti