Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 tabor taktiki qrupu yerləşdirib...


Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 tabor taktiki qrupu yerləşdirib...
 
Rusiya qüvvələri son həftə ərzində Ukraynaya 17 əlavə tabor taktiki qrupu (TTQ) yerləşdirib.
 
CNN-ə bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.
 
Qeyd edilib ki, son 24 saat ərzində Rusiya Ukraynaya 4 yeni TTQ cəlb edib ki, onlardan üçü ölkənin şərqinə - Donbas regionuna yerləşdirilib.
 
Bununla da Rusiyanın Ukraynanın daxilindəki TTQ-lərinin sayı 82-yə çatıb.
 
Pentaqon rəsmisi əlavə edib ki, bu TTQ-lərin hamısı yalnız piyadalardan ibarət deyil.
 
“Onlar fuksional baxımdan təşkilatlandırılıb. Bəziləri piyada, bəziləri artilleriya, bəziləri zirehli, mexanikləşdirilmiş və.s qruplardır”, - deyə məlumatda bildirilir.

Tarix: 21-04-2022, 11:03
Xəbəri paylaş





Xəbər lenti